DenMedia.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rübio Miami Herald qəzetinin məlumatını təkzib edib.
Qəzet “məlumatlı mənbələr”ə istinadən yazmışdı ki, Birləşmiş Ştatlar yaxın zamanda Venesuelaya havadan zərbə endirə bilər.
Sizin vəziyyəti bildiyini iddia edən mənbələriniz sizi aldadaraq saxta xəbər yazmağa vadar ediblər, — Rübio bunu X sosial şəbəkəsində bildirib.

