Vaşinqton ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Budapeştdə keçirilməsi planlaşdırılan görüşünü ləğv edib.
DenMedia.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Nəşrin yazdığına görə, Moskvanın Ukrayna üzrə sərt mövqeyini bir daha təkrarlaması və bu şərtləri Vaşinqtona məktubla göndərməsi qərarın əsas səbəbi olub.
Mənbələr bildirir ki, görüşün ləğvi həm də Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında gərgin telefon danışığından sonra baş verib.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                