Ukrayna Prezidenti Vladimir Zelenski Pentaqon nümayəndələri ilə görüş keçirib, xəbər verir “RBK-Ukraina”.
Mənbənin sözlərinə görə, dövlət başçısı ABŞ-ın quru qoşunları naziri Dən Driskoll və bir sıra ABŞ generalları ilə görüşüb.
«İndi danışıqların genişləndirilmiş formatı başlayır. Bu formata sabiq müdafiə naziri və Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri Rustem Umerov da daxil edilib», — deyə mənbə bildirib.
Məlumata görə, görüş zamanı tərəflər strateji təhlükəsizlik məsələlərinin koordinasiyasını müzakirə ediblər.

