ABŞ ordusunun naziri Den Driskoll və ölkənin Quru Qoşunları Qərargah rəisi Rendi Corc gizli və əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Bu barədə Politico mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, yüksək səviyyəli amerikalı nümayəndə heyəti Ukrayna hərbçiləri, deputatları və Prezident Vladimir Zelenski ilə görüşlər keçirməyi planlaşdırır.
«Bu səfər ABŞ-ın müharibənin sonunu sürətləndirməyin yollarını axtarması ilə bağlıdır», — deyə nəşr bildirir.
Səfərin ən mühüm məqsədlərindən biri isə Ukraynanın pilotsuz uçan aparatların istehsal texnologiyalarını Vaşinqtona verməsi ilə bağlı mümkün razılaşmanı müzakirə etməkdir.
Politico qeyd edir ki, ABŞ müdafiə naziri Pit Hegset indiyə qədər Ukraynaya səfər etməyib. Buna görə də Driskoll və Corc Tramp administrasiyası dövründə Kiyevə səfər edən Pentaqonun ən yüksək vəzifəli nümayəndələridir.
Xatırladaq ki, The Wall Street Journal daha əvvəl yazmışdı: Vaşinqton və Kiyev tarixi razılaşma üzərində işləyirlər. Sənədə əsasən, Ukrayna ABŞ-la dron istehsalı texnologiyalarını bölüşəcək. ABŞ isə Ukraynanın PUA istehsalına uzun illərdir gizli dəstək verdiyi bildirilir.

