“ABŞ dövlət katibi Marko Rubio ortadakı “sülh planı”nın Vaşinqtonun yox, Moskvanın təklifləri olduğunu bildirib. O, bunu senatorlarla telefon söhbətində ifadə edib”.
DenMedia.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
Onun sözlərinə görə, Rubio açıq şəkildə bildirib ki, plan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa təqdim olunub:
Onun sözlərinə görə, Ukraynaya silah və kəşfiyyat dəstəyinin dayandırılacağı barədə Kiyevə hər hansı xəbərdarlıq da olmayıb: “Rubio bu haqda heç nə bilmədiyini söylədi”.
Müstəqil senator (demokratlara yaxın) Anqus Kinq isə Rubiodan daha konkret sitat gətirib: “O dedi ki, sızdırılmış 28 maddə mahiyyət etibarilə Rusiyanın arzular siyahısıdır…”.
Ş.Cəfərli qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp geri addım atır:
“Görünən odur ki, Tramp ABŞ Konqresindən, mediasından və cəmiyyətindən gələn sərt etirazlardan, eləcə də Avropanın müdaxiləsindən sonra bunu etdi”.
Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün birgə 28 bənddən ibarət yeni plan hazırlayır.
Həmin 28 bənd dörd kateqoriyaya bölünür:
- Ukraynada sülh;
- Təhlükəsizlik zəmanətləri;
- Avropada təhlükəsizlik;
- ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.(Globalinfo.az)

