Aktyor Ceymi Foks insult keçirdiyi üçün Kameron Diazla çəkildiyi “Back in Action” filminin çəkilişləri dayandırılıb.
Bu barədə “The Sun” 56 yaşlı boksçu Mayk Taysona istinadla xəbər verib. Qeyd edək ki, Foks avtobioqrafik filmdə əfsanəvi idmançını canlandırır.
“O, özünü yaxşı hiss etmir. Dedilər ki, insultdur. Ona nə olduğunu bilmirəm”, - deyə Tayson bildirib.
Başqa mənbələr də nəşrə bu məlumatı qismən təsdiq ediblər.
“Məsələ burasındadır ki, Ceyminin sağlamlıq problemləri indi olduqca ciddi görünür, onlarla müqayisədə əvvəllər olan gecikmələr çox kiçik görünə bilər. Təbii ki, bu, çox kədərlidir və hamı onun yaxşılaşmasını istəyir”, - deyə mənbə bildirib.Qeyd edək ki, Hollivud ulduzu Kemeron Diazın kinoya qayıdışı kimi təqdim edilən filmin çəkilişləri zamanı aktyor Ceymi Foks təcili olaraq xəstəxanaya yerləşdirilib. Aktyorun yaxınları onun diaqnozunu açıqlamasalar da, onun artıq özünü yaxşı hiss etdiyini və artıq ailəsi ilə danışdığını bildiriblər.
Mənbəı: Lenta.ru
Çəkiliş meydançasından xəstəxanaya aparılan Hollivud ulduzu insult keçirib - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.