ABŞ-ın sabiq prezidenti Co Bayden 20 oktyabrda prostat xərçəngi ilə bağlı şüa terapiyası kursunu başa vurub.
Denmedia.az xəbər verir ki, bu barədə CBS telekanalı keçmiş dövlət başçısının nümayəndəsi Kelli Skalliyə istinadən məlumat yayıb.
Məlumata görə, 82 yaşlı siyasətçi Filadelfiyadakı onkoloji mərkəzdə müalicə alıb.
“Lakin bu, müalicənin tam başa çatdığı anlamına gəlmir,” – deyə CBS qeyd edir.
Hazırda Baydenin əlavə müalicəyə ehtiyacı olub-olmayacağı bəlli deyil.
Qeyd edək ki, 11 oktyabrda Baydenin prostat xərçənginin yeni mərhələsi üzrə şüa və hormonal terapiyaya başladığı bildirilmişdi.
Xəstəlik bu ilin mayında aşkarlanıb — həkimlər sidik ifrazı ilə bağlı problemlərdən sonra keçmiş prezidenti müayinə ediblər və prostat vəzində “kiçik düyün” aşkarlayıblar. Daha sonra müəyyən olunub ki, xərçəngin aqressiv forması artıq sümük toxumalarına yayılıb.