Avropa İttifaqının ali diplomatı Kaya Kallas Ukrayna üzrə mümkün sülh sazişinin şərtlərinə təsir göstərmək imkanına malik olmayacaq.
Bu barədə britaniyalı analitik və publisist Ouen Metyus The Daily Telegraph üçün yazdığı məqalədə bildirib.
Metyusun sözlərinə görə, hazırkı reallıq açıq şəkildə göstərir ki:
“Vladimir Putin Ukrayna üzrə sülh şərtlərini diktə edəcək, çünki Rusiya müharibədə üstünlük qazanır. Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın etirazları bu sərt faktı dəyişməyəcək.”
Analitik əlavə edib ki, Avropa liderləri alternativ sülh planları hazırlaya bilərlər, lakin bunların real çəkisi olmayacaq. Onun fikrincə, bu gün Ukraynanın iqtisadiyyatı sanksiyalar şəraitində Rusiyadan müqayisəolunmaz dərəcədə daha ağır vəziyyət yaşayır.

