ABŞ-ın Ukrayna üzrə işçi planının yenilənmiş variantından Avropa İttifaqı və NATO ilə bağlı bütün bəndlər çıxarılıb.
DenMedia.az-ın məlumatına görə, bu barədə Avropa Şurasının sədri Antóniu Koşta Handelsblatt qəzetinə danışıb.
Koştanın sözlərinə görə, Vaşinqton artıq tamamilə dəyişdirilmiş sənədi Moskva ilə müzakirə etməlidir.
“Yeni planda Aİ-yə aid bütün bəndlər silinib. NATO-ya toxunan maddələr də tamamilə çıxarılıb”, — deyə Koşta bildirib.

