Avropa Komissiyası Ukraynaya maliyyə dəstəyi göstərmək üçün Rusiya aktivləri hesabına formalaşdırıla biləcək reparasiya kreditinin konsepsiyasını təsdiqləyib. Bu barədə Avrokomissiyanın sədri Ursula fon der Lyayen məlumat verib.
Fon der Lyayenin sözlərinə görə, Rusiya aktivlərinin müsadirəsi və ya istifadəsinə dair konkret mexanizmlər dekabrda Aİ Şurasında müzakirə olunacaq. O əlavə edib ki, qərarın qəbul edilməsi üçün konsensus tələb olunmur — sadəcə ixtisaslaşdırılmış çoxluq səsi kifayət edəcək.
Eyni zamanda Avrokomissiya Ukraynanın maliyyələşdirilməsi üçün alternativ model də hazırlayıb — Aİ büdcəsinin zəmanəti altında borclanma. Bu, bir növ ehtiyat fond kimi işləyəcək və aktivlərin birbaşa müsadirəsi olmadan Kiyevə dəstək verməyə imkan yaradacaq.

