Suriyada keçid dövrü prezidenti Əhməd əş-Şaraa hakimiyyət dəyişikliyinin birinci ildönümü münasibətilə Dəməşqdə keçirilən hərbi paradda iştirak edib. Bu barədə Syria TV məlumat yayıb. Paradda Dəməşqin Mezze prospekti boyunca hərbi texnika kolonları keçib, havada isə helikopterlər dövrə vurub. Əhməd əl-Şaraa
Telekanalın məlumatına görə, həmin gün çox sayda sakin Omayyadlar meydanında toplaşıb və bayram tədbirlərinin keçirilməsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib.
Prezident günə paytaxtın tarixi mərkəzində yerləşən məşhur Omayyadlar məscidində dua etməklə başlayıb.
“Biz ölkə rəhbərliyindəki dəyişikliklərin birinci ildönümünü qeyd edirik və suriyalı xalqın birliyinin əhəmiyyətini vurğulayıram,” — deyə dövlət başçısı bildirib.
Əhməd əş-Şaraa çıxışında ölkədə baş verən dəyişikliklərin milli həmrəyliyə doğru atılmış mühüm addım olduğunu xüsusi qeyd edib.

