Reuters-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriya prezidenti Əhməd əş- Şaraa ilə görüşüb.
Görüş mətbuat üçün qapalı rejimdə baş tutub və təfərrüatlar açıqlanmayıb.
Denmedia.az xəbər verir ki, , Suriya lideri artıq Ağ Evi tərk edib.
Suriya lideri Əhməd əş- Şaraa noyabrın 9-da Vaşinqtona gəlib. Onun səfəri barədə ilk dəfə 1 noyabrda Trampın Suriya üzrə xüsusi elçisi Tom Barrak Bəhreyndə keçirilən “Manama Dialoqu” çərçivəsində məlumat vermişdi. Barrakın sözlərinə görə, Suriya ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə koalisiyasına qoşulmağa ümid edir.

