ABŞ Silahlı Qüvvələri Venesuela sahilləri yaxınlığında beynəlxalq sularda narkotik daşıdığı iddia olunan kateri məhv etmək üçün əməliyyat keçirib.
DenMedia.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Hegset sosial şəbəkə X-dəki hesabında məlumat verib. Onun sözlərinə görə, həmin gəmi “Amerika xalqını zəhərləmək üçün” yola çıxmışdı.
“Prezident Trampın əmri ilə mən narkotrafiklə məşğul olan bu gəmiyə qarşı ölümcül zərbə endirilməsi barədə göstəriş verdim”, – Hegset yazıb.
Onun sözlərinə görə, kater həm də terror təşkilatları ilə əlaqəli idi və zərbə zamanı göyərtəsində “əhəmiyyətli” miqdarda qadağan olunmuş maddələr olub. ABŞ kəşfiyyatının məlumatına əsasən, zərbə endirilən anda gəmidə olan dörd nəfər narkokartelin üzvləri idi. ABŞ müdafiə naziri əlavə edib ki, Vaşinqtonun mövqeyinə görə, “Amerika xalqına hücumlar” dayanmayana qədər bu cür zərbələr davam edəcək.