Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Kiril Dmitriyev Nyu-Yorka səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin şəkli olan şokolad konfetlər gətirib.
DenMedia.az xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.
Dmitriyevin sözlərinə görə, bu konfetlər Rusiya–ABŞ dialoqu çərçivəsində diplomatik hədiyyə kimi nəzərdə tutulub.
Onun paylaşdığı fotoda “Özləri buraxmırıq” və “Rusiya ilə güc mövqeyindən danışmaq mənasızdır” sözləri yazılmış konfetlər görünür.
Bundan əlavə, Dmitriyev amerikalı KİV-lərə müsahibəsində bildirib ki, Rusiya Ukrayna münaqişəsinin diplomatik yolla həllinə ümid edir və bu istiqamətdə əlverişli şəraitin formalaşdığını düşünür.
“Moskva, Vaşinqton və Kiyev artıq həyata keçirilə biləcək diplomatik həllə kifayət qədər yaxındır,” – deyə o, Tramp komandası ilə Nyu-Yorkda keçirilən görüşlər öncəsi vurğulayıb.

