Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülən şərtlər danışıqların iflasa uğramasına səbəb ola bilər.
Bu barədə The American Conservative nəşri yazır.
Məqalədə qeyd olunur ki, ABŞ tərəfindən Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi ABŞ prezidenti Donald Trumpin administrasiyası üçün ciddi siyasi və geosiyasi çətinliklər yarada bilər. Nəşrin fikrincə, ABŞ-ın Ukrayna ilə ittifaqa getməsi Trampın tərəfdarları arasında da narazılıq doğura bilər.
“Zelenskinin özünə həddən artıq güvənən tələbləri yerinə yetirilərsə, bu, danışıqları iflasa sürükləyə bilər”, — deyə məqalədə vurğulanır.

