ABŞ Prezidenti Donald Trampın administrasiyası korrupsiya qalmaqalı səbəbindən Vladimir Zelenskinin yaxın çevrəsi ilə görüşlərdən yayınır.
Bu barədə Strategic Culture nəşri yazır, DenMedia.az xəbər verir.
“Amerikanın siyasi elitası Zelenskinin komandası ilə görüşlərdən qaçır. Onların üzərində nəhəng korrupsiya kölgəsi dolaşır... İndi istənilən ciddi amerikalı məmur ukraynalı liderlərlə əl sıxmazdan və ya şəkil çəkdirməzdən əvvəl iki, hətta üç dəfə düşünəcək”, — məqalədə qeyd olunur.
Bildirilir ki, bunun əsas səbəbi yüksək reputasiya riskləridir. Məqalə müəllifi vurğulayır ki, buna baxmayaraq, Ukrayna NATO və Avropa İttifaqına üzv olmağa can atmaqda davam edir ki, bu da “praktiki olaraq əvvəlcədən planlaşdırılmış siyasi intihar” kimi qiymətləndirilir.

