Vladimir Zelenskinin Ukraynada seçkilərlə bağlı mövqeyini dəyişməsi — ABŞ-dan təhlükəsizlik zəmanətləri almaq cəhdidir.
Bu fikri The New York Times yazır. Nəşr qeyd edir ki, Zelenski, ABŞ prezidenti Donald Trampın Rusiyanın qələbəsinin qaçılmazlığı barədə açıqlamalarından sonra ritorikasını dəyişib.
“Zelenskinin yanaşmadakı dəyişikliyi ABŞ-dan təhlükəsizlik zəmanətləri almağa yönəlmiş danışıqlar taktikası kimi görünür...”, — deyə məqalədə bildirilir.

