Florida ştatında Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trump arasında aparılan danışıqların əsas nəticəsi Kiyevin və Avropa İttifaqının Vaşinqtonu 20 maddəlik sülh planını qəbul etməyə razı salmaq cəhdinin iflasa uğraması olub.
Bu barədə STRANA.ua nəşri məlumat yayıb.
Nəşrin Telegram kanalında qeyd olunur:
“Dünənki danışıqların əsas nəticəsi Ukrayna hakimiyyətinin və Avropanın Trampı Zelenskinin səsləndirdiyi 20 maddəni yeni sülh təklifi kimi qəbul etməyə inandırmaq planının pozulmasıdır”.
Məqalədə bildirilir ki, Donald Trump hələ də Kiyevin ərazi güzəştlərinə getməsində israrlıdır və bu məsələnin referendum yolu ilə həllini mümkün saymır. Onun fikrincə, belə bir qərar üçün Ukrayna parlamentinin müvafiq qərarı kifayətdir.

