ABŞ Rusiyanın və ya Çinin nə Venesuelaya, nə də Qrenlandiyaya daxil olmasına imkan verməyəcək, lakin Karakasın Vaşinqtonun müttəfiqinə çevriləcəyinə ümid edir.
DenMedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Ağ Evdə iri neft hasilatı şirkətlərinin top-menecerləri ilə görüşdə bildirib.
Trampdan Venesuela və ölkənin yeni hökumətini müttəfiq sayıb-saymadığı soruşulub. ABŞ lideri qeyd edib ki, Karakas artıq müttəfiq kimi görünür və gələcəkdə də bu statusu qoruyacaq.
“Onlar, görünür, müttəfiqdirlər və düşünürəm ki, belə də qalacaqlar. Biz istəmirik ki, Rusiya Venesuelada olsun. Çinin də orada olmasını istəmirik”, — deyə Tramp bildirib.
O, həmçinin vurğulayıb ki, Vaşinqton Rusiya və ya Çinin Qrenlandiyaya daxil olmasına da yol verməyəcək.
“Əgər biz Qrenlandiyanı əldə etməsək, onda sizin ən yaxın qonşularınız Rusiya və ya Çin olacaq. Bu baş verməyəcək”, — deyə Tramp sözlərini yekunlaşdırıb.

