ABŞ-ın Venesuelaya həyata keçirdiyi əməliyyatın Vaşinqton-Moskva münasibətlərinə ciddi təsir göstərməsi ehtimalı azdır.
Denmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin “YouTube” kanalında keçirilən mətbuat konfransında bu əməliyyatın ikitərəfli münasibətlərə təsirini belə qiymətləndirib.
Jurnalistlərin ABŞ-ın hücumunun Rusiya ilə münasibətlərə mənfi təsir edib-etməyəcəyinə dair sualına Tramp “Xeyr, mən belə düşünmürəm” cavabını verib.
O, həmçinin bildirib ki, Venesuela lideri Nikolas Maduronu heç vaxt Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyib.

