ABŞ prezidenti Donald Trump İranda keçirilən etiraz aksiyaları ilə bağlı vəziyyəti diqqətlə izlədiyini bildirib.
"Görünür, ayətullah böyük bir çətinlik içindədir (...). Biz bunu diqqətlə izləyirik", - deyə o, Ağ Evdə jurnalistlərə bildirib.
ABŞ lideri bir daha vurğulayıb ki, İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açacağı təqdirdə, Vaşinqton İrana qarşı yeni zərbələr endirməyi istisna etmir.
“Əgər onlar atəş açsalar, biz də atəş açacağıq”, — deyə Tramp xəbərdarlıq edib.

