İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS silahlı qruplaşmasının Qəzza sektorunda olan bir neçə döyüşçüsünə hava zərbəsi endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbə endirilən şəxslər İsrail hərbçilərinə və İsrail dövlətinə qarşı çoxsaylı terror aktları həyata keçirən və planlaşdıran döyüşçülər olub. SAXAL-ın açıqlamasında vurğulanıb ki, hücum atəşkəs razılaşmasının kobud şəkildə pozulmasına cavab xarakteri daşıyır. Qeyd olunub ki, bazar ertəsi səhər saatlarında terrorçular Rafah şəhərinin şərqində yerləşən yeraltı tuneldən çıxaraq İsrail hərbçilərinə atəş açıblar.
Qəzzada gərginlik yenidən alovlandı: İsrail ordusu Qəzzaya zərbə endirdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

