İsrail Müdafiə Ordusu 28 oktyabr axşamı Qəzza sektoruna bir neçə hava zərbəsi endirib.
DenMedia.az xəbər verir ki, bu barədə The Times of Israel xəbər yayıb.
Hadisədən əvvəl Baş nazir Benyamin Netanyahu Qəzzaya güclü zərbələrin endirilməsi barədə göstəriş vermişdi.
İsrail zərbələri HƏMAS-ın Rafahda israilli əsgərlərə hücumundan sonra bərpa edib. HƏMAS hücumla əlaqəsinin olmadığını bəyan edib.
Qəzza şəhərində, HƏMAS-a tabe olan Mülki Müdafiə Agentliyinin məlumatına görə, iki nəfər ölüb, dörd nəfər yaralanıb. Bundan başqa, Xan-Yunis şəhərində avtomobilə endirilən hava zərbəsi nəticəsində beş nəfər həyatını itirib.
İsrail ordusu hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, İsrail və HƏMAS oktyabrın əvvəlində ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmişdi.
ABŞ, Misir, Qatar və Türkiyə liderləri 13 oktyabrda “davamlı sülh və rifah” bəyannaməsini imzalayıblar.
Bu razılaşma çərçivəsində İsrail Qəzzaya hücumları dayandırmış, HƏMAS isə sağ girovları azad etmiş və həlak olanların cəsədlərini təhvil verməyə başlamışdı.
Lakin tərəflər son günlər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.

