ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, rüsumlarla yanaşı, o, xarici dövlətlərə qarşı “dəhşətli addımlar” atmaq üçün ticarət lisenziyalarından da istifadə edə bilər.
ABŞ Ali Məhkəməsi 20 fevral tarixində qərara gəlib ki, Fövqəladə İqtisadi Səlahiyyətlər Haqqında Qanun, hansı ki Donald Trampın idxal rüsumları tətbiq etməsi üçün əsas kimi istifadə olunurdu, prezidentə bu səlahiyyəti vermir.
ABŞ prezidenti məhkəmənin qərarını “utancverici” adlandırıb və əlavə edib ki, onun alternativ planı mövcuddur.
“Birincisi, mən lisenziyalardan istifadə edərək xarici dövlətlərlə bağlı tamamilə ‘dəhşətli’ addımlar ata bilərəm, xüsusilə də onilliklər boyu bizi istismar edən ölkələrə qarşı”, – deyə ABŞ lideri özünün Truth Social sosial şəbəkəsində yazıb.
Qərar idxal rüsumları ilə bağlı hüquqi mübahisələrin yeni mərhələyə keçdiyini göstərir.

