Möctəba Xamenei – İranın öldürülmüş ali lideri Əli Xameneinin oğlu – atasının yerinə əsas namizəd hesab olunur. Bu barədə The New York Times məlumatlı mənbələrə istinadən yazır.
Məlumata görə, İranın növbəti ali liderini seçmək səlahiyyətinə malik yüksək rütbəli ruhanilər çərşənbə axşamı mümkün namizədləri müzakirə etmək üçün toplaşıblar və Möctəba Xamenei əsas favorit kimi görünür.
Nəşrin mənbələri bildirir ki, ruhanilər onun artıq çərşənbə səhər saatlarında atasının varisi elan olunması variantını da müzakirə ediblər. Lakin bəzi din xadimləri ehtiyatlı mövqe tutaraq bunun ABŞ və İsrail tərəfindən hədəfə çevrilə biləcəyi ilə bağlı narahatlıq ifadə ediblər.

