ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın yeni ali lideri Seyid Müctəba Xamenei ABŞ-ın tələblərini qəbul etməzsə, ona qarşı sərt addımların mümkünlüyünü istisna etmir. Bu barədə The Wall Street Journal qəzeti yazıb.
Məlumata görə, Tramp köməkçilərinə bildirib ki, İran nüvə proqramından imtina etməzsə, Müctəba Xameneinin aradan götürülməsi variantını dəstəkləyə bilər.
Eyni zamanda qeyd olunur ki, bu məsələ ilə bağlı Ağ Ev rəsmi şərh verməkdən imtina edib.

