Omanın paytaxtı Maskatda İranın nüvə proqramı ətrafında yaranmış böhranın tənzimlənməsi məsələsi üzrə İran və ABŞ arasında danışıqların yeni mərhələsi başlayıb. Bu barədə Fars agentliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edir.

