ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqlar pozitiv atmosferdə keçib. Bu barədə Axios məlumat yayıb.
Qeyd olunur ki, məlumat nəşrə yüksək vəzifəli ABŞ rəsmisindən daxil olub. Lakin Amerika tərəfinin nümayəndəsi keçirilən görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.
Bildirilib ki, tərəflər arasında dialoq bir neçə saat davam edib və həm səhər, həm də günorta sessiyalarını əhatə edib.
Səhər hissəsində İran nümayəndə heyəti nüvə proqramı ilə bağlı öz saziş layihəsini təqdim edib. Tehranın irəli sürdüyü sənədin detalları isə hələlik ictimaiyyətə açıqlanmayıb.

