Avropa İttifaqı Ukraynaya €90 milyard kredit ayrılması məsələsində geri çəkilməyəcəyini açıqlayıb.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen danışıb.
“Biz istənilən halda buna nail olacağıq,” — deyə o bildirib.
Məlumata görə, kredit məsələsi ətrafında Aİ daxilində fikir ayrılıqları mövcuddur, xüsusilə Macarıstanın mövqeyi narazılıq yaradıb.
Avropa Şurasının sədri Antoniu Koşta da məsələyə münasibət bildirib.
“Razılaşma razılaşmadır, biz sözümüzə əməl etməliyik. Heç kim Avropa Şurasını şantaj edə bilməz,” — deyə o vurğulayıb.
Koşta əlavə edib ki, Aİ liderləri Macarıstanın kreditə qarşı çıxmasını “qəbuledilməz” hesab edir.

