Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski “sağlam düşüncə və normal məcraya” qayıtmayacağı təqdirdə Budapeşt Avropa İttifaqında Ukraynanın xeyrinə olan qərarları dəstəkləməyəcək.
Orban bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanladığı məktubda qeyd edib və daha sonra bunu sosial şəbəkədə açıqlayıb.
“Prezident Zelenski sağlam düşüncə və normal məcraya qayıtmayana qədər Ukraynanın xeyrinə olan heç bir qərarı dəstəkləməyəcəyik”, – deyə Orban bildirib.
Baş nazirin bu bəyanatı Aİ daxilində Ukraynaya dəstək məsələsi ətrafında mövcud fikir ayrılıqlarını bir daha gündəmə gətirib.

