ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb.
Bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan federal reyestrdə yerləşdirilən bildirişdə qeyd olunub.
Sənədə əsasən, Ukraynadakı müharibə və ABŞ seçkilərinə iddia edilən müdaxilə ilə bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədə saxlanılıb.
“14024 saylı fərmanla elan edilən fövqəladə vəziyyət 15 aprel 2026-cı ildən sonra da davam etməlidir.”

