ABŞ prezidenti Donald Trump administrasiyası əvvəlki prezident Joe Biden dövründə Rusiyaya qarşı tətbiq edilmiş anti-Rusiya addımlarını və digər iqtisadi təzyiq tədbirlərini ləğv etməyə tələsmir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TV BRICS-ə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Baydenin başladığı Ukrayna münaqişəsinin dayandırılması və bundan sonra Moskva–Vaşinqton əməkdaşlığı perspektivləri ilə bağlı səslənən bütün bəyanatlara baxmayaraq, Tramp administrasiyası xüsusi hərbi əməliyyatın başlanmasından sonra Rusiyanı “cəzalandırmaq” məqsədilə tətbiq edilən tədbirləri şübhə altına almır.
Lavrov xatırladıb ki, ABŞ iki ölkə liderlərinin Ankoricdəki görüşündən sonra Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onun sözlərinə görə, Vaşinqton beynəlxalq hüquqa zidd olaraq açıq dənizdə tanker “müharibəsi” aparır, həmçinin enerji resursları məsələsində Rusiyanın müttəfiqlərinə təzyiq göstərir.
“ABŞ daxil olmaqla bütün ölkələrlə əməkdaşlığa açıq qalaraq, Hindistan, Çin, İndoneziya, Braziliya kimi, biz elə bir vəziyyətdəyik ki, bu yolda süni maneələri məhz amerikalıların özləri yaradır. Buna görə də BRİKS ölkələri ilə maliyyə, iqtisadi, inteqrasiya, logistika və digər layihələrimiz üçün əlavə qorunan inkişaf yolları axtarmağa məcburuq”, — deyə Lavrov qeyd edib.

