ABŞ-da Palm Beach hava limanı yaxınlığında naməlum dronun prezident təyyarəsi Air Force One-a yaxınlaşdığı bildirilib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insident səbəbindən hava məkanı müvəqqəti bağlanıb və vəziyyəti yoxlamaq üçün helikopterlər havaya qaldırılıb.
Ağ Ev müxbiri Endryu Faynberq bildirib ki, həmin vaxt təyyarə havaya qalxmayıb. ABŞ prezidenti Donald Tramp isə Vest-Palm-Biçdə yerləşən qolf klubunda olub.
Hadisə təhlükəsizlik yoxlamalarının aparılmasına və hava məkanında müvəqqəti məhdudiyyətlərin tətbiqinə səbəb olub.

