Amerikalı iş adamı İlon Maskın atası Errol Mask qalmaqallı maliyyəçi Ceffri Epşteynin hələ də sağ olduğunu iddia edir.
Bu barədə RIA Novosti yazır.
Onun sözlərinə görə, Epşteyn ölməyib.
“Buna heç bir şübhə yoxdur… demək istəyirəm ki, onun ölməsi ehtimalı ümumiyyətlə yoxdur”, — deyə Errol Mask bildirib.
O, həmçinin Epşteynin ölümünün rəsmi versiyasını şübhə altına alıb. Bildirib ki, 2019-cu il 10 avqustda meyit tapılan zaman müşahidə kameraları söndürülmüşdü, həbsxana nəzarətçiləri isə yatmış vəziyyətdə olub.

Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-Yorkda saxlanılmışdı. O, 2002–2005-ci illərdə onlarla azyaşlı qızı cinsi istismara məruz qoymaqda və bu məqsədlə kriminal şəbəkə yaratmaqda ittiham olunurdu. Qurbanların bəzilərinin cəmi 14 yaşı olduğu bildirilirdi. Epşteynə həmçinin şahidlərə rüşvət vermə ittihamı da irəli sürülmüşdü.

