ABŞ prezidenti Donald Tramp bildirib ki, atəşkəs müddəti başa çatana qədər razılaşma əldə olunmasa, ABŞ İrana qarşı zərbələri yenidən bərpa edəcək.
Onun sözlərinə görə, danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub və razılaşmanın yaxın zamanda imzalanması mümkündür. Tramp qeyd edib ki, növbəti görüş artıq yaxın həftəsonu baş tuta bilər və mümkün razılaşma Tehranın 20 ildən artıq müddətə nüvə silahından imtina etməsini nəzərdə tutmalıdır.
“Deyə bilərəm ki, hər şey çox yaxşı gedir. Bəlkə də bu daha tez baş verəcək. Atəşkəs müddətinin uzadılmasının lazım olub-olmadığına əmin deyiləm,” — deyə Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, İsrail və Livan arasında atəşkəs rejimi “Hizbullah”ı da əhatə edəcək.

