Almaniyanın Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqından (CDU/CSU) ibarət konservativ bloku Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayendən Avropa bürokratik qaydalarının azaldılmasını tələb etməyə hazırlaşır. Brüssel geri addım atmasa, Berlin Avropa Komissiyasının səlahiyyətlərini məhdudlaşdırmaqla hədələyib. Bu barədə Politico nəşri yazır.
Məlumata görə, 27 aprel tarixində Ursula fon der Lyayen Berlinə gələrək CDU/CSU parlament fraksiyalarının rəhbərliyi ilə görüşəcək. Deputatlar bu görüş üçün 27 tələbədən ibarət strateji sənəd hazırlayıblar.
Sənəddə əsas tələb kimi Avropa Komissiyasının qanunvericilik təşəbbüslərinə veto qoymaq səlahiyyətinə malik yeni nadmilli nəzarət orqanının yaradılması göstərilir. Alternativ variant olaraq isə eyni səlahiyyətlərin mövcud Normativ Yoxlama Şurasına verilməsi təklif olunur. Hər iki halda Avropa İttifaqının nizamnamə sənədlərində dəyişikliklər tələb olunur.
Bundan əlavə, konservativlər Avropa İttifaqı institutlarının səlahiyyətlərinin daha dar şəkildə şərh olunmasını istəyir və üzv ölkələrə Avropa strukturlarında işçi sayının azaldılması məsələsini nəzərdən keçirməyi təklif edirlər.
“Reformların tempi çox ləng gedir” — Berlin dairələrində səslənən əsas narazılıq budur.
Qeyd olunur ki, Ursula fon der Lyayen özü də CDU üzvü və Almaniya kansleri Fridrix Mertsə yaxın fiqur hesab olunsa da, Berlin artıq mövcud vəziyyətdən narazıdır.

