ABŞ Müdafiə Nazirliyinin naməlum anomal hadisələrlə bağlı əvvəllər məxfi olan məlumatları yayımladığı xüsusi sayta son 24 saat ərzində təxminən yarım milyard giriş qeydə alınıb.
Bunu ABŞ müharibə nazirliyinin rəsmi nümayəndəsi Şon Parnell açıqlayıb.
WAR.GOV/UFO saytının istifadəyə verilməsindən sonra 24 saat ərzində ora təxminən 500 milyon giriş olub. Bu, misli görünməmiş maraqdır. Eyni zamanda Prezident Tramp administrasiyası tərəfindən görünməmiş şəffaflıq nümunəsidir, — deyə o bildirib.
Şon Parnell vurğulayıb ki, nazirlik naməlum anomal hadisələrlə bağlı şəffaflıq təşəbbüsünü genişləndirməyə davam edəcək.
Onun sözlərinə görə, məqsəd amerikalıların məlumatlara birbaşa çıxışını təmin etməkdir.

