ABŞ-ın İrana qarşı hərbi əməliyyatı təxminən 25 milyard dollara başa gəlib.
Bu barədə Pentaqonun maliyyə bölməsinin müvəqqəti rəhbəri Culs Herst ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə məlumat verib.
“Bu günə qədər ‘Epik Qəzəb’ əməliyyatına təxminən 25 milyard dollar xərcləmişik”, — deyə Culs Herst bildirib.
Onun sözlərinə görə, xərclərin əsas hissəsi sursatlara sərf olunub.

