ABŞ Prezidenti Donald Tramp ölkədə saxtakarlığa qarşı müharibə elan edib və bu səylərə rəhbərlik etmək üçün vitse-prezident J.D. Vensi təyin edib. Bu barədə respublikaçı siyasətçi Konqresə illik müraciəti zamanı bəyan edib.
“Mən rəsmi olaraq dələduzluğa qarşı müharibə elan edirəm. Buna bizim böyük vitse-prezident Cey Di Vens rəhbərlik edəcək. O, nəticə əldə edəcək. Bu dələduzluq yetər artıq”, – deyə Tramp vurğulayıb.
O qeyd edib ki, korrupsiya və maliyyə maxinasiyaları ölkənin əsaslarını sarsıdır və bir sıra ştatlarda – Minnesota, Kaliforniya, Massaçusets və Men də daxil olmaqla – böyük zərər vurur.
Trampın sözlərinə görə, Somali icmasının bəzi üzvləri ABŞ vergi ehtiyatlarından təxminən 19 milyard dollar vəsaiti mənimsəyib. Prezident bildirib ki, hökumətin bu barədə bütün məlumatları var və real rəqəmin daha yüksək olduğu iddia edilir.

