ABŞ Prezidenti Donald Tramp rezidensiya yaxınlığında atışma barədə məlumatlar yayıldığı vaxt Ağ Evin içərisində olub. Bunu DC News Now portalının jurnalisti Kris Fleneqan bildirib. Ölkənin Məxfi Xidməti baş verən hadisənin detallarını araşdırır.
“Biz izolyasiya rejiminə keçirilmişik. Prezident Tramp Ağ Evdədir”, — deyə jurnalist yazıb.
KİV-in məlumatına görə, araşdırma Ağ Ev ərazisi yaxınlığında, 17-ci küçə ilə Pensilvaniya prospektinin kəsişməsində atəş səsləri barədə məlumatlardan sonra aparılır. Hələlik hadisə ilə bağlı əlavə təfərrüatlar təqdim olunmur.

