ABŞ-da Ağ Evin mətbuat katibi Karolayn Livittin tədbirdən əvvəl səsləndirdiyi ifadələr atışma insidentindən sonra geniş müzakirələrə səbəb olub. Bu barədə The Daily Beast yazıb.
Məlumata görə, Donald Trampın iştirak etdiyi jurnalistlər assosiasiyasının şam yeməyi öncəsi Livitt çıxışın “klassik Tramp üslubunda” olacağını bildirib.
“Bu gün axşam çıxış gülməli və maraqlı olacaq… atəş səsləri də olacaq,” — deyə o jurnalistlərə bildirib.
Qeyd olunur ki, Livitt bu ifadəni çıxışın ritorikasına aid etsə də, qısa müddət sonra zaldan real atəş səsləri eşidilib və tədbir təxliyə ilə nəticələnib.
Hadisə zamanı Tramp və digər rəsmilər təhlükəsiz yerə çıxarılıb. Şübhəli şəxs — Kaliforniya sakini Koul Tomas Allan saxlanılıb və xəstəxanaya yerləşdirilib.

