ABŞ Prezidenti Donald Trampın Ağ Evdə çıxışı zamanı binadan bir neçə kvartal aralıda, Vaşinqton abidəsi ətrafında atəş səsləri eşidilib. Hüquq-mühafizə orqanları bir nəfəri yaralayıb, hazırda ərazi xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb.
Amerika KİV-lərinin məlumatına görə, Tramp kiçik biznes nümayəndələri ilə görüş keçirirdi. Atışma xəbəri yayıldıqdan sonra ABŞ-ın Məxfi Xidməti dövlət başçısını mətbuat konfransı zalına aparıb və çıxış orada davam etdirilib. Jurnalistlər də evakuasiya olunaraq brifinq otağına yerləşdirilib.
Məxfi Xidmət atışma faktını təsdiqləyib. Məlumata görə, polis hazırda Vaşinqtonda 15-ci küçə ilə İndependens-avenyunun kəsişməsindədir. Yaralanan şəxsin vəziyyəti dəqiqləşdirilir. Hüquq-mühafizə orqanları hadisə lokallaşdırılsa da, vətəndaşları əraziyə yaxınlaşmamağa çağırıb.

