İsveçdə 87 yaşında şahzadə Dezire vəfat edib. Bu barədə çərşənbə günü İsveç Kral Sarayı rəsmi press-reliz yayıb.
“Bacım, şahzadə Dezirenin vəfatı xəbərini böyük kədərlə aldım”, — deyə İsveç Kralı Karl XVI Qustav başsağlığı mesajında bildirib.
Press-relizdə qeyd olunur ki, şahzadə Dezire ailə üzvlərinin əhatəsində, Vestergötland bölgəsində yerləşən Koberq sarayındakı evində sakit şəkildə dünyasını dəyişib.
Şahzadə Dezire (tam adı Dezire Elizabet Sibilla, Silverşöld baronessası) Prins Qustav, Västerbotten hersoqunun və Şahzadə Sibillanin üçüncü qızı olub.
O, 1964-cü ildə baron Nils Silverşöld ilə ailə qurub. Şahzadə Dezire üç övlad və onların ailələrini yadigar qoyub.

