Yunanıstan və Danimarka şahzadəsi İrina 83 yaşında vəfat edib. O, **İspaniya kraliçası Sofiya**nın kiçik bacısı idi. Bu barədə Yunan kral evi istinadla CNN məlumat yayıb.
“Onların Ali Həzrətləri Kral və Kraliça, həmçinin Ali Həzrəti Kraliça Sofiya bu gün səhər saat 11:40-da Madriddəki Sarsuela sarayında Yunanıstan şahzadəsi, Onun Kral Ali Həzrəti İrinanın vəfat etdiyini dərin kədər hissi ilə bildirirlər”, — deyə açıqlamada qeyd olunub.

