“Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan ölkədə müxalif qüvvələrin konsolidasiyası prosesinin başladığını bildirib.
Siyasətçi bu barədə bir sıra Ermənistan KİV-lərinə müsahibəsində danışıb.
Karapetyan müxalif qüvvələrin hansı formatda birləşəcəyi ilə bağlı əlavə detal açıqlamayıb.
Qeyd edək ki, iyunun əvvəlində rusiyalı sahibkar Samvel Karapetyanın “Güclü Ermənistan” blokunun təxminən 700 tərəfdarının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı.
Blokun nümayəndəsi, hüquq müdafiəçisi Qohar Meloyan həmin saxlanılmaların parlament seçkiləri ərəfəsində baş verdiyini bildirmişdi.
Onun sözlərinə görə, bu addım tərəfdarları qorxutmaq məqsədi daşıyıb.

