Ermənistan hökuməti Yekaterinburqda fəaliyyət göstərən fəxri konsulu Narek Spartakyanı geri çağırıb.
Den.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilir ki, rəsmi İrəvanın bu qərarına səbəb Spartakyanın Erməni Apostol Kilsəsi ilə bağlı dövlətin sərt mövqeyinə qarşı çıxması, eləcə də iş adamı Samvel Karapetyanın həbsinə etiraz etməsi olub.
Spartakyan son açıqlamalarında erməni icmasına daim dəstək verəcəyini vurğulayıb:
“Mən Üçmüədzin Apostol Kilsəsinə qarşı atılan addımları qəbuledilməz sayıram. Bu kilsə bütün ermənilərin mənəvi birliyinin əsas dayağıdır. Həmçinin Samvel Karapetyan kimi insanlara böyük hörmətim var. O, çoxları üçün uğur və fədakarlıq nümunəsidir”.
Rəsmi dairələr Spartakyanın geri çağırılması ilə bağlı əlavə şərh verməyib. Hadisə Ermənistan daxilində kilsə və diasporla münasibətlərin yenidən gərginləşməsinə işarə kimi qiymətləndirilir. Globalinfo.az