Ermənistanda parlament seçkilərinə iki ay qalmış kütləvi etirazlar başlayıb.
Baza Telegram kanalının məlumatına görə, ölkədə artan siyasi gərginlik fonunda müxalif qüvvələr birləşdiyini bəyan edib, hakimiyyət isə Nikol Paşinyanın rəhbərliyi ilə daha çox güc strukturlarına arxalanır.
Ötən həftəsonu Yerevan şəhərində son dövrlərin ən böyük aksiyalarından biri keçirilib. Təxminən 40 min nəfər yürüşdə iştirak edib və mitinqə toplaşıb. Aksiya “Güclü Ermənistan” partiyası və müxalif qüvvələrin birliyi tərəfindən təşkil olunub.
Tədbir iştirakçılarına videobağlantı vasitəsilə hərəkatın lideri və baş nazirliyə namizəd Samvel Karapetyan müraciət edib. Qeyd olunur ki, siyasətçi hazırda istintaq altındadır.
Karapetyan çıxışında Rusiya ilə münasibətlərin bərpasını, iqtisadi islahatların aparılmasını və dini münaqişənin tənzimlənməsini dəstəklədiyini bildirib. Ölkədə hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında qarşıdurma isə hələ də əsas gərginlik mənbələrindən biri olaraq qalır. Kilsə üzərində nəzarətin gücləndirilməsi cəhdləri cəmiyyətdə kəskin reaksiyaya səbəb olur.

