Böyük Britaniyanın baş naziri Kir Starmerdən onun əsas rəqiblərindən biri olan Endi Börnhemə hakimiyyətin mümkün təhvil verilməsi prosesi azı bir ay çəkə bilər. Bu barədə The Telegraph Börnhemin tərəfdarlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, Mançesterin keçmiş meri keçid dövrünü uzatmaq istəyir. Onun məqsədi bu müddət ərzində gələcək proqramını hazırlamaq və komandasını formalaşdırmaqdır.
Məlumata əsasən, Börnhem keçid dövrünün ən azı bir ay, hətta sentyabr ayına qədər davam etməsini istəyir.
Börnhemin tərəfdarları isə onun uzun müddət bələdiyyə səviyyəsində çalışdıqdan sonra hökumətə rəhbərlik etməyə tam hazır olmaya biləcəyindən narahatdırlar. Bununla belə, onun artıq baş nazir postuna iddialı olduğu bildirilir. Starmerin istefası isə hələ baş tutmayıb.
Qeyd olunur ki, yerli seçkilərdə uğursuz nəticələrdən sonra təxminən 100 Leyborist deputat hökumət başçısını istefaya çağırıb. Börnhemin cümə günü parlamentə gəlməsi isə Starmerə qarşı təzyiqləri daha da artırıb.

