Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefaya hazırlaşdığı iddia olunur. Bu barədə “The Telegraph” rəsmi şəxslərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Starmerin müttəfiqləri onun yaxın vaxtlarda vəzifədən getməyə hazırlaşdığını düşünürlər. İstefa ilə bağlı açıqlamanın artıq bazar ertəsi verilə biləcəyi bildirilir.
Leyborist deputatlardan biri bildirib ki, Starmer bazar ertəsi günü istefa tarixini açıqlaya bilər. Onun sözlərinə görə, hazırda baş naziri yalnız “dostları və ailəsi” dəstəkləyir.
Məlumata əsasən, artıq 100-dən çox britaniyalı parlamentar Starmeri istefaya çağırıb.

