ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazından keçid üçün rüsum tətbiq olunacağına inanmadığını bildirib.
O, jurnalist Maykl Noulza müsahibəsində Hörmüz boğazının keçid üçün ödənişlərdən azad qalacağına əmin olduğunu deyib.
“Hörmüz boğazının keçid rüsumlarından azad olacağına tam əminəm”, — deyə Vens bildirib.
ABŞ vitse-prezidentinin sözlərinə görə, Vaşinqtonun İran üzərində hələ də “çoxlu təsir rıçaqları” var. O qeyd edib ki, ABŞ İranla bağlı vəziyyətin Amerika məqsədlərinə uyğun şəkildə həll olunacağına ümid edir.

